ZƏNG MƏRKƏZİ

Call center (zəng mərkəzi)- böyük həcmdə gələn və gedən zənglərin ötürülməsi üçün istifadə olunan mərkəzləşdirilmiş ofisdir. Call center tərəfindən gələn zənglərin qəbulu məhsulun dəstəyini və istehlakçılar tərəfindən yaranan sualların cavablandırmasını təmin edir. Zəng mərkəzi tərəfindən gedən zənglərə telemarketing deyilir. Onun köməyilə potensial müştərilərə məhsulun reklamını və ya satışını həyata keçirmək mümkündür.

Call- Centre xidmətlərindən yalnız iri müəssisələrin istifadə etməsi haqqında geniş məlumat yayılmışdır.Lakin bu düzgün fikir deyil, nəzərə alsaq ki, istənilən şirkətin tez və ya gec öz müştəriləri ilə kontakt yaratmağı zərurətdir.