MOBİL MARKETİNG

Mobil cihazların köməyi ilə SMS (Short Message Service) xidmətlərini təklif edir.Xidmətlər 2000-ci ildə Avropa və Asiyada, daha sonra bütün dünyada tanınmışdır. Telefonlara,smartfonlara və digər portativ cihazlara xüsusi bir məlumatın çatdırılması üçün nəzərdə tutulan bir təqdimat fəaliyyətidir. Elektron kanallardan istifadə edərək, mətn, şəkil, və səs mesajı kimi reklamları həyata keçirir. Hal-hazırda Bulk sms Mobile Marketinqin ən çox istifadə olunan növüdür. Sosial şəbəkələr də artıq hər kəsin gündəlik həyatına girib. Hər bir biznesin də bu axına qoşulmağında fayda var. Hətta sosial media marketinq planın olması vacibdir. Fikrimcə çağdaş yaşamımızda – yaşadığımız rəqəmsal dünyada bunu etməyən biznesin tədricən çökməsini gözləyə bilərik. Ancaq bunu etməmək üçün hər hansı bir səbəb tapmaq çox çətindir.
Sosial Media Beznesə Nə Verir
Hər birimiz bilirik ki, biznes dünyası sosiallaşmağa doğru gedir və buna görə də hər bir işin müzakirələrə, danışıqlara ehtiyacı var. Müştərilər artıq adət etdiyimiz mediaya inanmır. Alıcılar özlərinə nə lazım olduğunu, almağı düşündükləri haqqında bilgiləri öyrənmək üçün internetə üz tutur. Son müşahidələr göstərir ki, hər bir istehlakçı məhsul və ya xidmətin reklamından daha çox başqalarının onun haqqında danışdıqlarına, sosial şəbəkələrdəki rəylərinə inanır. Buna görə də insanları sosial media vasitəsilə sizin bizneslə tanış etmək sadəcə reklam deyil, həm də biznesin inkişafı üçün yeni bir alətdir.
Sosial Media Pulsuz Reklamdır
Bu gün çok kiçik bizneslərin belə sosial media səhifələri var. Bir çox işadamları yeni biznesə başlayarkən Facebook səhifəsi açır və müştərin bir hissəsini onun üzərindən toplayacağına inanır. Deməli, sosial şəbəkələr reklam üçün çox əlverişlidir, həm də ən üstün cəhəti budur ki, pulsuzdur. Facebook, Twitter, Linkedin, Pinterest, Youtube, GooglePlus, VKontakte, Instagram kimi sosial şəbəkələrin hər biri tamamilə ödənişsiz sizə biznesiniz üçün səhifə açmağa imkan verir.
Doğru İstiqamətə Yönəlməkdə Yardımçınız
Sosial şəbəkələrdəki səhifələrinizi diqqətlə oxusanız oradakı rəylərdən, ziyarətçi bazasından və b. göstəricilərdən öz biznesinizin zəif və üstün cəhətlərini öyrənərsiniz ki, bu da sizə istiqamət götürmək üçün yardımçı olacaqdır.
Bir neçə ay düzgün düşünülmüş sosial media marketinqindən sonra izləmələrinizi bir dostunuz/yoldaşınız kimi görəcəksiniz. Paylaşmalarınıza baxaraq oradakılardan nəyin daha çox bəyənildiyini, nəyin heç bəyənilmədiyini, hansı görülmüş iş və ya xidmətlərə maraq göstərildiyini, hansıların isə heç kimdə maraq oyatmadığını görə biləcəksiniz.
Müştərilərinizi Tanımağın Yolu Sosial Media Marketinqdən Keçir
Demək olar ki, bütün sosial media saytları detallı şəkildə analiz olunmuş statistika təqdim edir. Bütün bu statistikalar özünüzü yalnız hiss etməyə qoymayacaq, işinizdə tək olmadığınızı görəcəksiniz. İzləyicilərin hansı ölkədən neçə nəfər olmasını, öz kompyuterini hansı dildə işlətməsini, yaş qruplarını, cinslərin qarşılıqlı nisbətini, mobil telefondan, yoxsa kompyuterdən girməsini, həftənin hansı günü hansı saatlarda aktiv olduqlarını xırdalıqlarına qədər öyrənə bilərsiniz. Alıcılarınızın internetdə olan qismi ilə tanış olmağın daha asan yolu necə ola bilər ki?!

Digital marketinqin təmin etdiyi strateji üstünlüklərə gəldikdə isə:

· Rəqabət üstünlüyü üçün yeni qaynaqlara yaxınlaşmanı asanlaşdırar

· Vasitəsiz paylaşma modeli

· Tədarük zəncirinin optimallaşdırılması

· Yeni iş modellərinin çıxarılması

· Əldə olunmamış alt seqmentləri hədəfləyə bilmək

· Bazarı daha məhsuldar istifadə etmək

· Daha dürüst və şəffaf bazar dövrü