“Gənc İstedadların Sən də Tanı” adlı sərgi keçirilmişdir

İyul ayının 15-16-sı tarixlərində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-sərgi kompleksində Azərbaycan Respublikası Prezdenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənc İstedadları Sən də Tanı” adlı sərgi keçirilmişdir. Sərgidə 80-ə yaxın gənc və həvəskar rəssamların əsərləri nümayiş etdirilmişdir. Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-sərgi kompleksinin direktoru Lalə Eldarova, Nərimanov Rayon Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov öz çıxışlarında bu tip tədbirlərin istedadlı gənclərin dəstəklənməsi və həvəsləndirilməsi yolunda önəmini, gənclərin daim dövlətimizin qayğı və diqqətində olduğunu qeyd etmişdir. Nümayiş etdirilən əsərlərin qiymətləndirilməsi məqsədi ilə yaradılmış müsabiqə komissiyasının sədri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “İstedad” yaradıcılıq kursunun baş müəllimi və metodisti Nadir Cəfərov isə qaliblərin seçilməsi zamanı yaradıcılıq, üslub, texnika və ideyaya üstünlük verildiyini bildirmişdir. Komisiyanın qərarı ilə Hamed Lotfollahpour və Inarə Əliyeva 1-ci yer, Sürəyya Abdullalı və Nərmin Hümbətova 2-ci yer, Ramazan Məmmədov və Könül Nəcəfli isə 3-cu yerə layiq görülmüşlər. Qaliblərə diplom və hədiyyələr təqdim olunmuşdur

 

Şərhlər