TQDK iyulun 14-də I və IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları ) üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib

Abituriyentlər imtahan nəticələrini həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 26928 abituriyentdən 1598 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 25330 abituriyentdən 7 nəfəri imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv edilib. TQDK-nın internet saytında imtahanda iştirak edən 25323 abituriyentin imtahan nəticələri yerləşdirilib. İmtahanda I ixtisas qrupu üzrə 7, IV ixtisas qrupu üzrə isə 2 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb. İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 30-dan avqustun 11-dək aparılacaq.

.

Şərhlər